Qəzzaya yardım aparan gəmidə iki Azərbaycan vətəndaşı olub – RƏSMİ

Baş səhifə
Qəzzaya yardım aparan gəmidə iki Azərbaycan vətəndaşı olub - RƏSMİ

Qəzzaya humanitar yardım aparan gəmi heyətində saxlanılan şəxslər arasında 2 nəfər Azərbaycan vətəndaşı – Pərvin Əzimov və Orxan Səmədzadə – olub.

Bu barədə “Report”a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə məlumat verib.

O qeyd edib ki, sözügedən vətəndaşlar gəmi ekipaj üzvləridir və Türkiyədə çalışırlar.

“İsraildəki səfirliyimiz tərəfindən görülən tədbirlər nəticəsində onların azad edilərək öz istəkləri əsasında Türkiyəyə geri qayıtması nəzərdə tutulur”, – XİN rəsmisi bildirib.