
Bakı.Trend:
Dünən Qəzzaya humanitar yardım aparan gəmi heyətində saxlanılan
şəxslər arasında 2 nəfər Azərbaycan vətəndaşı Pərvin Əzimov və
Orxan Səmədzadənin saxlanıldığı məlumdur.
Bunu Trend-in
sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyindən məlumat
verilib.
Bildirilib ki, sözügedən vətəndaşlar gəmi ekipaj üzvləridir və
onlar Türkiyədə çalışırlar.
“İsraildəki Səfirliyimiz tərəfindən görülən tədbirlər
nəticəsində onların azad edilərək öz istəkləri əsasında Türkiyəyə
geri qayıtması nəzərdə tutulur”, – deyə nazirlik qeyd edib.

