
Bakı. Trend:
Düşənbədə Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər
Nazirləri Şurasının iclası keçirilir.
Trend xəbər
verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat
yayıb.
Xarici işlər nazirləri iclasda qarşıdan gələn MDB Dövlət
Başçılarının Zirvə Toplantısının gündəliyini nəzərdən keçirəcək və
MDB çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq da daxil
olmaqla, mühüm beynəlxalq və regional məsələlər üzrə fikir
mübadiləsi aparacaqlar.

