Hakan Çalhanoğlu karyerasını Türkiyədə davam etdirə bilər

Baş səhifə

Bakı. Trend:

“İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu karyerasını
ölkəsində davam etdirə bilər.

Trend Türkiyə
KİV-ə istinadən xəbər verir ki, “Qalatasaray” futbolçu ilə
maraqlanır.




İstanbul klubu oyunçunun keçidini qış transfer pəncərəsində
reallaşdırmaq istəyir.

Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçi bu mövsüm “İnter”in
heyətində 6 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
Hakanın İtaliya klubu ilə müqaviləsinin müddəti isə 2027-ci ilin
yayına qədərdir.