
Bakı.Trend:
Cari ilin sentyabr ayının 1-ə olan vəziyyətə görə, Azərbaycanda
mikro sahibkarlıq subyektlərinə ayrılmış kreditlərin ümumi məbləği
3,347 milyard manat təşkil edib.
Trend Azərbaycan
Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici cari ilin
avqust ayı ilə müqayisədə 59 milyon manat və ya 1,8 faiz, ötən ilin
eyni dövrü ilə müqayisədə isə 465 milyon manat və ya 16 faiz
çoxdur.
Belə ki, 2025-ci ilin avqust ayının 1-ə olan vəziyyətə görə,
mikrosahibkarlıq subyektlərinə ayrılmış kreditlərin həcmi 3,287
milyard manat, 2024-cü ilin sentyabr ayının 1-ə olan göstəriciyə
əsasən isə 2,772 milyard manat təşkil edib.
Qeyd edək ki, cari ilin 1 sentyabr tarixinə olan məlumata
əsasən, Azərbaycan banklarının biznes kredit portfeli 15,092
milyard manata çatıb.

