2014-cü ildən bəri itkin düşmüş şəxslərin yaxınlarından 11 mindən çox bioloji nümunələr götürülüb – Rüfət Əliyev

Baş səhifə

Bakı.Trend:

İtkin düşmüş şəxslər haqqında məlumatların toplanıb mərkəzləşmiş
şəkildə idarə olunması üzrə çərçivə sazişi əsasında müşaqişə
dövründə itkin düşşüm, eləcə də girov götürülmüş şəxslərin ailə
üzvlərinin və yaxın qohumlarından 2014-cü ildən başlayaraq
11000-dən artıq bioloji nümunələr toplanıb. Biloji nümumələrin
mənsubluğunun müəyyən edilməsi üçün aparılan sorğu axtarış işləri
üzrə tədbirlərdəistifadə olunması məqsədilə həmin əsasında DNT
profilləri əldə olunaraq sistemləşdirilib və məlumat bankına daxil
edilib.

Trend xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin
Hərbi-tibb baş idarəsinin rəisi, general-mayor Rüfət Əliyev Bakıda “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin
birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda
keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

“2020-ci il Vətən Müharibəsi və daha sonra antiterror
əməliyyatlarından sonra itkin düşmüş şəxslərin taleyinin
müəyyənləşdirilməsi ilə bağlı yeni imkanlar yaradılıb. 2022-ci ildə
DTX-nin rəisi Əli Nağıyevin təklifi ilə dövlət büdcəsindən pul
ayrılıb və DTX-nin Hərbi-Tİbb baş İdarəsində genetik araşdırmalar
mərkəzi ən müasir avadanlıqlarla təchizatlanıb.”




Rüfət Əliyev qeyd edib ki, müharibədən sonra kütləvi
məzarlıqlardan çıxan skletlərdən götürülən bioloji nümunələr DTX-ın
Genetik araşdırmalar mərkəzinə təhvil verilib. Son dövrlər çox
ciddi nəticələr alınıb.

General-mayor vurğulayıb ki ,DTX-nin Hərbi-Tibb Baş İdarəsi son
itkin düşmüş şəxsin kimliyi müəyyən olunan qədər bu məsələ ilə
fəaliyyət göstərəcək.