
Bakı. Trend:
Xalq artisti Əminə Yusifqızı ilə əlaqədar 09.10.2025-ci il
tarixində saat 14:20 radələrində Respublika Təcili və
Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət daxil olub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat
verilib.
Bildirilib ki, çağırış ünvanına dərhal təcili tibbi yardım
briqadası cəlb olunub.
“Təcili tibbi yardım briqadası tərəfindən xalq artistinin
həkiməqədər ölüm faktı qeydə alınıb”,- deyə əlavə edilib.
Allah rəhmət eləsin!
xxx
14:51
Xalq artisti Əminə Yusifqızı vəfat edib.
Bu barədə Trend-ə Xalq artistinin yaxınları bildirib.
Qeyd edək ki, Əminə Yusifqızı 1936-cı ildə Bakıda doğulub.
Azərbaycanda fəaliyyət göstərən bir sıra teatrda, eləcə də “Azərbaycanfilm” kinostudiyasında çalışıb.
1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti adına layiq
görülüb. 2016-cı ildə Prezident İlham Əliyevin Sərəncamına əsasən, “Şöhrət” ordeni ilə təltif edilib. O, daha çox dublyaj və
səsləndirmə sahəsindəki fəaliyyətləri ilə şöhrət qazanıb.

