Ceferin “Real” və “Barselona”nın Super Liqa layihəsinə cavab verdi

Baş səhifə

UEFA prezidenti Aleksander Ceferin “Real Madrid” və “Barselona”nın irəli sürdüyü Super Liqa layihəsi barədə danışıb.

Metbuat.az xəbər verir ki, o bildirib ki, UEFA heç vaxt yalnız 12 klub üçün turnir təşkil etməyəcək. Romada 800 komandanı təmsil edən Avropa Futbol Klubları Assosiasiyasının baş assambleyasında çıxış edən Çeferinin sözlərinə görə, Avropa dünya futbolunda standartları müəyyən edir, lakin futbolu yenidən formalaşdırmaq üçün kənardan təşəbbüslər irəli sürülür. Çeferin bəyan edib ki, islahatlar bir neçə tərəfi deyil, bütün tərəfləri gücləndirməlidir.

Qeyd edək ki, Avropanın 12 nəhəng klubundan ibarət qrup 2021-ci ildə UEFA və Çempionlar Liqasını əvəz edəcək yeni Super Liqa qurmağı planlaşdırdıqlarını açıqlayıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.