
Bakı. Trend:
Türkiyədə rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə
naziri general-polkovnik Zakir Həsənov oktyabrın 9-da Türkiyə
Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülər ilə
görüşüb.
Trend
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildiirlib ki, Ankara şəhərində keçirilən görüşdə ölkələrimiz
arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün
istiqamətlərdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyi qeyd
olunub.
Müdafiə nazirləri Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının daha
da genişləndirilməsinin ölkə başçılarının diqqət mərkəzində
olduğunu xüsusi vurğulayıblar.
Əlaqələrimizin möhkəmləndirilməsində bu cür görüşlərin
əhəmiyyəti qeyd olunub və bundan sonra da uğurla inkişaf
etdiriləcəyi əminliklə bildirilib.
İkitərəfli formatda keçirilən görüşdə hərbi, hərbi-texniki,
hərbi-təhsil sahələrində əməkdaşlığa dair maraq doğuran bir sıra
məsələlər ətrafında fikir mübadiləsi aparılıb, həmçinin regional
təhlükəsizlik, bölgədə dayanıqlı sülhün, sabitliyin təmin edilməsi
yolları və digər mövzular müzakirə edilib.

