Nazir müavini: İtkin düşən hər bir şəxsin taleyi bizi maraqlandırır

Baş səhifə
Nazir müavini: İtkin düşən hər bir şəxsin taleyi bizi maraqlandırır

İtkin düşən hər bir şəxsin taleyi Türkiyə dövlətini maraqlandırır.

“Report” xəbər verir ki, bunu Türkiyənin ailə və sosial xidmətlər nazirinin müavini Zəfər Tarıkdaroğlu Bakıda “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxıında deyib.

O bildirib ki, itkin düşən şəxslərin taleyi bilinməməsi insanın vicdanı sarsıdır:

“Dünyada davam edən münaqişələrdə xeyli insanın itkin düşməsinə, ailələrin uzaq qalmasına səbəb verir. Koreya baş verən müharibədə Türkiyə 2 mindən artıq şəhid verib. O müharibədən 167 Türkiyə vətəndaşı itkin düşüb. Onların taleyi haqda heç bir məlumat yoxdur.

İstər bizim ölkədə istərsə də digər yerlərdə müharibələrin, münaqişələrin aparılmasının əleyhinəyik. İtkin düşən uşaqlar, yıxılan və məhv olunan evlər insanlıq vidcanı sarsıdır. Bu gün Fələstində 63 minə yaxın adam müharibənin qurbanı olub. 8-9 min adam itkin düşüb. Bu insanların talehi bizi də maraqlandırır”.

Türkiyə rəsmisi qeyd edib ki, Azərbaycanın da Qarabağda aparılan münaqişə zamanı 4 mindən artıq vətəndaşı itkin düşüb:

“Biz qardaşlarımız taleyinin aydınlaşdırılması istiqamətində görülən işlərdən yaxından iştirak etməyə hazırıq. Bizim onların taleyinin aydınlaşdırılması adiyyatı üzrə tələb edirik. İnsanların itkin düşməsi ilə bağlı rəqəmlər tək statistika deyil, işıqları sönən ailələrin hekayəsidir”.