Paşinyan Tacikistanda MDB sammitində iştirak edəcək

Baş səhifə
Paşinyan Tacikistanda MDB sammitində iştirak edəcək

Nikol Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan Düşənbədə keçiriləcək Müstəqil Dövlətlər Birliyi (MDB) dövlət başçılarının sammitində iştirak edəcək.

Bu barədə “Report” Ermənistan KİV-inə istinadən xəbər verir.

N.Paşinyan Tacikistana Belçikadan gedəcək. O burada “Global Gateway” forumunda iştirak edir.