Azərbaycanda regionun ən böyük data mərkəzlərinin istifadəyə veriləcəyi tarix açıqlandı

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda bu ildən etibarən iki yeni data mərkəzinin
tikintisi işlərinə başlanılıb.

Trend
xəbər verir ki, bunu “AzInTelecom”un Kommersiya departamentinin
direktoru Fərrux Fərəcullayev Bakıda keçirilən fintex forumunda
(“Baku Fintech Forum 2025”) bildirib.




O vurğulayıb ki, 2027-ci ilə kimi tikinti proseslərinin
yekunlaşdırılması planlaşdırılır: “Bunlar təkcə Azərbaycanda deyil,
regionda ən böyük data mərkəzləri olacaqlar. Onlardan biri
Hacıqabul, digəri isə Abşeron rayonu ərazisində yerləşəcək”.