ADY bu ilin 9 ayında qəbul etdiyi blok-qatarların sayını açıqlayıb

Baş səhifə

Bakı. Trend:

ADY bu ilin 9 ayı ərzində 296 blok-qatar, o cümlədən 113 tranzit
qatar qəbul edib.

Trend
xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat
yayıb.




Bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
39% artım deməkdir.

“Qeyd olunan dövrdə ümumilikdə blok-qatarlarla 103 134 TEU
konteyner yük daşınıb ki, bu da 2024-cü ilin analoji dövrünün
göstəricisindən (86 413) təxminən 20 faiz çoxdur”,- deyə əlavə
edilib.