Azərbaycan və Küveyt arasında iqtisadi əməkdaşlıq perspektivləri müzakirə olunub

Baş səhifə

Bakı. Trend:

Azərbaycan nümayəndə heyətinin Küveytə işgüzar səfəri
çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Küveytin maliyyə
naziri (@MOFKW), elektrik enerjisi, su və bərpaolunan enerji
naziri, eyni zamanda iqtisadi məsələlər və sərmayə üzrə dövlət
naziri vəzifəsini icra edən və Küveyt İnvestisiya Qurumunun
Direktorlar Şurasının sədri Subaih Abdul Əziz Abdul Muhsen
Al-Muxaizim ilə ilə görüşüb.

Trend xəbər verir
ki, bu barədə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov
rəsmi “X” hesabında yazıb.




“Ölkəmizin əlverişli investisiya mühiti barədə məlumat verərək
Azərbaycan ilə Küveyt arasında iqtisadi əlaqələrin genişləndiyini
vurğuladıq. Ticarət, turizm, ənənəvi və bərpaolunanenerji, kənd
təsərrüfatı, nəqliyyat və tranzit sektorlarında işbirliyi
imkanlarını qeyd etdik”, – paylaşımda qeyd olunur.