Bakıda itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans başlayıb, Prezident müraciət ünvanlayıb

Baş səhifə

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində keçirilən “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

APA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfrans iştirakçılarına müraciət edib.

Müraciəti Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev oxuyub.

Qeyd edək ki, konfrans 9-11 oktyabr tarixlərini əhatə edəcək.