Bakı.Trend:
Bu gün Bakıda İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu
çərçivəsində Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov
götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının
təşkilatçılığı ilə “İtkin düşmüş şəxslər probleminin həlli üçün
səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi”
mövzusunda beynəlxalq konfrans keçirilir.
Trend xəbər verir ki, tədbirdə Əsir və itkin
düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət
komissiyasının sədri, DTX rəisi general polkovnik Əli Nağıyev
iştirak edir.
TədbirdəTürkiyə, Gürcüstan, Xorvatiya, Moldova, Bosniya və
Hersoqovina və digər ölkələrdən nümayəndə heyətləri iştirak
edir.
Xəbər yenilənəcək

