Özbəkistanda 2 mindən çox məmurun vəzifəsi ixtisar olunur

Baş səhifə

Bakı. Trend:

Özbəkistanda rəqəmsallaşmanın tətbiqi və süni intellektin
inkişafı nəticəsində 1 noyabr tarixinədək 2 141 məmurun vəzifəsi
ixtisar olunacaq.

Trend xəbər verir
ki, müvafiq fərmanı ölkə Prezidenti Şavkat Mirziyoyev
imzalayıb.




Sənədə əsasən, Vergilər Komitəsində 498, Su Təsərrüfatı
Nazirliyində 224, Kənd Təsərrüfatı Nazirliyində 200 ştat vahidi
ixtisar ediləcək.

Bundan əlavə, Ədliyyə Nazirliyində 197, Ekologiya, Ətraf Mühitin
Mühafizəsi və İqlim Dəyişikliyi Nazirliyində 176, Məşğulluq və
Yoxsulluğun Azaldılması Nazirliyində isə 163 vəzifə ləğv
ediləcək.