
ABŞ prezidenti Donald Tramp regionda sülh danışıqlarında iştirak etmək üçün həftənin sonunda Yaxın Şərqə səfər edə biləcəyini deyib.
APA xəbər verir ki, Tramp səfərin Oktyabrın 11-i və ya 12-də ola biləcəyini qeyd edib.
“Bu həftə Yaxın Şərqə gedə bilərəm. Bəlkə də bazar günü. Razılaşmanın əldə olunması ehtimalı çox yüksəkdir”, – Tramp əlavə edib.

