
Bakı. Trend:
PSJ-nin futbolçusu Desire Due karyerasını İspaniya La Liqasında
davam etdirə bilər.
Trend xəbər
verir ki, “Real” gələn il fransalı vingeri transfer etmək
istəyir.
Madrid təmsilçisi 20 yaşlı oyunçu üçün yüksək məbləğdə təzminat
ödəməyə hazırdır.
Qeyd edək ki, Desire Due bu mövsüm PSJ-nin heyətində meydanda
çıxdığı 11 rəsmi matçda 1 qol vurub, 1 qol ötürməsi edib. Onun
klubla müqaviləsi 2029-cu ilin yayına kimidir.

