Azərbaycanda 9 ayda qəbul və ləğv edilən dövlət standartlarının sayı məlum olub

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Prezident yanında Antiinhisar
və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyindəki
Azərbaycan Sandartlaşdırma İnstitutu (AZSTAND) 221 yeni dövlət
standartı qəbul edib.

Bu barədə Trend AZSTAND-a istinadən xəbər verir.

Qeyd edilib ki, bu normativ sənədlər müxtəlif sahələr üzrə
istehlak olunan məhsulların, məhsul istehsalı ilə bağlı proseslərin
və istehsal metodlarının təhlükəsizliyinin və keyfiyyətinin
yüksəldilməsinə, habelə məhsulların rəqabətqabiliyyətliliyinin
artırılmasına və yeni texnologiyaların tətbiqinə şərait
yaradır.




Eyni zamanda bildirilib ki, hesabat dövründə 65 dövlət
standartının dövrü yoxlanılması aparılıb və ya dəyişikliklər
edilib, 57 dövlət standartı ləğv edilib.

Vurğulanıb ki, sahibkarların sifarişi əsasında 104 texniki şərt
hazırlanıb və ekspertiza edilərək dövlət qeydiyyatına alınıb.