
2025-ci ilin 9 ayı ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Sandartlaşdırma İnstitutu publik hüquqi şəxs (AZSTAND) tərəfindən 57 dövlət standartı ləğv edilib.
Bu barədə “APA-Economics” AZSTAND-da istinadən xəbər verir.
Qeyd edilib ki, sahibkarların sifarişi əsasında 104 texniki şərt hazırlanıb, ekspertiza edilərək dövlət qeydiyyatına alınıb.

