“Bizim Məkan” ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb

Baş səhifə

Bakı. Trend:

Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsi, ev 3 ünvanında
yerləşən, fiziki şəxs Bədəlova Zeynəb Salamulla qızına məxsus
“Bizim Məkan” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi
Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı
texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən
edilib.

Trend
xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.




Bildirilib ki, ictimai iaşə obyektinin qida təhlükəsizliyi
qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, mətbəx sahəsində işçi
masaların asan yuyulan və dezinfeksiyaya davamlı materialdan təşkil
edilmədiyi, soyuducularda rəflərin korroziyaya uğradığı və
məhsulların saxlanma temperaturuna nəzarət olunmadığı, işçinin
ilkin və dövri tibbi müayinədən keçmədiyi, havalandırma sisteminin
qurulmadığı və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə
obyektinin fəaliyyəti məhdudlaşdırılıb, rəhbərliyi barəsində
inzibati protokol tərtib edilib.