
Bakı. Trend:
Ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərinə nəzər
yetirdikdə, qarşılıqlı ticarət göstəricilərinin yüksək səviyyədə
olduğunu müşahidə edirik.
Trend xəbər
verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Xorvatiya
Parlamentinin sədri Qordan Yandrokoviçlə birgə keçirdiyi mətbuat
konfransında deyib.
Spiker bildirib ki, enerji sahəsi iqtisadi əlaqələrimizdə mühüm
yerə malikdir.
“Bildiyiniz kimi, bu gün Azərbaycan 10 Avropa, o cümlədən 8
Avropa İttifaqı ölkəsinə qaz ixrac edir ki, Xorvatiya da bu
ölkələrdən biridir. Müxtəlif sahələrdə əməkdaşlığın daha da
genişləndirilməsi üçün müntəzəm müzakirələr aparılır. Bu mənada,
“İqtisadi əməkdaşlığı təşviq etmək məqsədi ilə Birgə Komissiya”nın
fəaliyyəti xüsusi aktuallıq kəsb edir”, – deyə S.Qafarova əlavə
edib.

