Xaçmaz Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib (FOTO)

Baş səhifə

Bakı.Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu
keçirilib.

Trend xəbər
verir ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev
idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də yerli icra
nümayəndələri və bələdiyyə sədrlərinin iştirakı ilə vətəndaşların
fərdi qaydada müraciət və təkliflərini dinləyib.

Bildirilib ki, qəbulda əvvəlcədən müraciət etmiş sakinlər
iştirak ediblər.




Müraciətlər məşğulluq, əlillik dərəcəsinin müəyyən edilməsi,
torpaq sahəsinin sənədləşdirilməsi, yolların təmiri və digər sosial
məsələləri əhatə edib. Səsləndirilən müraciətlərin bir qismi
yerindəcə həllini tapıb, araşdırılması tələb olunan məsələlər isə
müvafiq qurumlara yönləndirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaşların
qaldırdıqları məsələlərin operativ həlli və nəzarətə götürülməsi
ilə bağlı qəbulda iştirak edən məsul şəxslərə tapşırıqlar
verib.