Azərbaycan çempionatında ötən ayın ən yaxşı qolunun müəllifi açıqlanıb

Baş səhifə
Azərbaycan çempionatında ötən ayın ən yaxşı qolunun müəllifi açıqlanıb

Misli Premyer Liqasında sentyabrın ən yaxşı qolunun müəllifi bəlli olub.

“Report” xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

“Şamaxı”nın legioneri Andrey Tirkoveanunun IV turda “Karvan-Yevlax”a vurduğu qol ən yaxşı adına layiq görülüb.

I Liqada bu nominasiyada Ruslan Voronsov, II Liqada Tural Məmmədzadə birinci olub.