Bu ilin 9 ayı ərzində 3 milyona yaxın zərərli elektron poçt bloklanıb

Baş səhifə

Bakı.Trend:

Cari ilin 9 ayı ərzində 3 milyona yaxın zərərli elektron poçt
bloklanıb

Bu barədə Trend-ə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi
Dövlət Xidmətindən məlumat verilib.




Bildirilib ki, cari ilin 9 ayı ərzində Xüsusi Rabitə və
İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət
qurumları üçün yaradılmış dövlət elektron poçt xidmətində
12,267,260 elektron poçt emal edilib, onlardan 9,336,877-si
istifadəçilərə çatdırılıb.

Qeyd edilib ki, onlardan 2,930,383-i zərərli tərkibli olması
müəyyənləşdirilməklə blok edilib.