Naxçıvanda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Şərur Rayon Polis İdarəsinə rayon ərazisində yerləşən bir neçə
evdən oğurluq edilməsi ilə bağlı müraciətlər daxil olub.

Trend
xəbər verir ki, daxil olan məlumatlar əsasında polis əməkdaşları
tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri
nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən 25
yaşlı Onur Qafarov müəyyən edilərək saxlanılıb.

Araşdırmalar zamanı onun müxtəlif evlərdən ümumilikdə 2408 manat
məbləğində pul oğurladığı məlum olub.




Faktla bağlı cinayət işi başlanılıb və istintaq hərəkətləri
davam etdirilir.

Bundan başqa, Culfa Rayon Polis Şöbəsi əməkdaşlarının
keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobildən oğurluq
etməkdə şübhəli bilinən 29 yaşlı Kamran Kərimov da saxlanılıb.

Hər iki fakt üzrə oğurlanmış vəsaitlərin sahiblərinə
qaytarılması təmin edilib, araşdırmalar davam etdirilir.