Ekvador Prezidenti hücuma məruz qalıb

Baş səhifə

Bakı. Trend:

Ekvador Prezidenti Daniel Noboa hücumdan salamat çıxıb.

Trend-in
məlumatına görə, bu barədə Ekvador hökuməti məlumat yayıb.




Bildirilir ki, 500 nəfərlik dəstə prezident kortejinə daş atmağa
başlayıb. Prezident avtomobilində güllə izləri də aşkar edilib.

Qeyd edək ki, dizel yanacağına subsidiyaların ləğvindən sonra
Ekvadorda etiraz aksiyaları ara vermir.