Netanyahu girovları azad edəcəyini və HƏMAS-ı məğlub edəcəyini vəd edib

Baş səhifə

Bakı. Trend:

İsrail Fələstinin “HƏMAS” hərəkatının məğlubiyyətinə və Qəzza
zolağından bütün girovların qaytarılmasına nail olacaq.

Trend-in məlumatına görə, bu barədə İsrailin baş naziri Benyamin
Netanyahu HƏMAS-ın İsrailə hücumunun ikinci ildönümü münasibətilə
deyib.




O, 2023-cü il oktyabrın 7-də baş verən hadisələrdən danışaraq,
bunu israillilərin “son dərəcə ağrılı bədəl ödədiyi” “dəhşətli
qırğın” adlandırıb.

“Qaniçən düşmənlərimiz bizə ağır zərbə vursalar da, bizi
qırmadılar. Onlar tezliklə İsrail xalqının böyük qüdrətindən xəbər
tutdular. Yeddi cəbhədə dirçəliş müharibəsi bizim evimiz üçün
taleyüklü müharibədir: varlığımız və gələcəyimiz üçün müharibə.
Dözülməz ağrılarla yanaşı, ölkəmizin heyrətamiz möhkəmliyi ilə də
böyük qürur hissi keçiririk”, – deyə o bildirib.