Salyanda yol qəzasında xəsarət alan 8 nəfərdən biri ölüb – YENİLƏNİB2

Baş səhifə

Salyanda baş vermiş qəzada sürücülərdən biri ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Salyanda baş verən qəzada xəsarət alaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilən sürücülərdən biri Salyan sakini, 1990-cı il təvəllüdlü Məmmədov Səbuhi Şakir oğlu reanimasiya şöbəsinə ölüb.

***

17:52

Salyan rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə oktyabrın 7-də saat 15:10 radələrində 8 nəfər (4 qadın, 4 kişi) Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri müvafiq şöbələrdə davam etdirilən pasiyentlərdən 2-nin vəziyyəti ağır, 6-sının vəziyyəti isə stabil qiymətləndirilir.

Gülcahan Məmmədova

***

15.41

Salyanda minik avtomobillərinin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonunun Kürsəngi kəndi ərazisində qeydə alınıb.

“VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində, üçü azyaşlı olmaqla, 6 nəfər xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.