
Bakı. Trend:
Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim
Kalın oktyabrın 8-də Misirdə keçiriləcək Qəzza zolağında atəşkəslə
bağlı danışıqlarda iştirak edəcək.
Trend-in
məlumatına görə, bu barədə Türkiyənin təhlukəsizlik sahəsindəki
mənbələr bildiriblər.
Məlumata əsasən, o, danışıqların aparıldığı Şarm əl-Şeyxə
gəlməzdən əvvəl ABŞ, Misir, Qətər və Fələstinin “HƏMAS” hərəkatının
nümayəndələri ilə əlaqə saxlayıb.
Bundan əvvəl Misirin “Əl-Qahirə əl-İxbariyyə” telekanalı Türkiyə
nümayəndə heyətinin danışıqlarda iştirak etmək planları barədə
məlumat yayıb.

