Şəklin mənbəyi, Getty Images
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Prezident İlham Əliyev oktyabrın 7-də Rusiya Prezidenti Vladimir Putinə zəng edib.
Bu barədə prezidentin rəsmi saytı məlumat yayıb.
Bu telefon danışığı 2025-ci ildə iki ölkə liderləri arasında baş tutan ilk təkbətək telefon danışığıdır.
Bundan əvvəl bu ilin martında Belarus və Tacikistan Prezidentlərinin də iştirakı ilə Əliyev və Putin arasında telefon danışığı olub.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün “qəbul edin və davam edin”.
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.
Paylaşımın sonu YouTube
Həmin vaxt dövlət rəhbərləri İkinci Dünya Müharibəsinin bitməsinin 80 illiyi ilə bağlı Moskvadakı tədbirdə iştirak etmək barədə razılığa gəlsələr də, Azərbaycan Prezidenti Rusiya ilə gərginliyin davam etməsi fonunda həmin tədbirdə iştirak etməyib.
President.az saytı yazıb ki, İlham Əliyev telefon danışığı zamanı rusiyalı həmkarını ad günü münasibəti ilə təbrik edib.
Saytın bildirdiyinə görə, dövlət başçıları iki ölkə arasındakı mövcud vəziyyəti də müzakirə ediblər.
Lakin müzakirənin detalları barədə məlumat verilməyib.
Bakı və Moskva arasında əlaqələr ötən ilin dekabrında Azərbaycan sərnişin təyyarəsinin Rusiya səmasından vurulmasından sonra pisləşib.
Daha sonra Rusiyada hüquq mühafizə orqanlarının reydi nəticəsində iki azərbaycanlının öldürülməsi, eləcə də azərbaycanlı iş adamlarının, diaspor rəhbərlərinin həbsi və ölkədən deportasiyası münasibətlərdəki gərginliyi daha da artırıb.
Şanxay Əməkdaşlıq Təşkilatının sentyabrda Çində keçirilən sammitindən yayılmış görüntülərdə Əliyev və Putinin sadəcə salamlaşdığı əks olunmuşdu.

