
Bakı. Trend:
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında yunan-Roma
güləşi üzrə yarışlar davam edir.
Trend xəbər
verir ki, Gəncə İdman Kompleksində təşkil olunan yarışlarda
Azərbaycan təmsilçisi Əli Nəzərov (51 kiloqram) finalda rusiyalı
İvan Kozlov ilə qarşılaşıb.
Rəqibinə 2:1 hesabı ilə qalib gələn idmançımız qızıl əldə
edib.
Daha əvvəl Elşad Abbasov (51 kiloqram) qızıl, Yusif Mirzəyev (48
kiloqram ) gümüş, Hikmət Haqverdiyev isə (55 kiloqram ) bürünc
mükafata sahib çıxıb.
Qeyd edək ki, MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

