Azərbaycanda islam maliyyəsi hökumətin fiskal və maliyyə islahatları kursunu harmonik şəkildə tamamlayır – Anar Kərimov

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda islam maliyyəsi hökumətin fiskal və maliyyə
islahatları kursunu harmonik şəkildə tamamlayır.

Trend xəbər verir
ki, bunu Azərbaycanın Maliyyə Nazirinin birinci müavini Anar
Kərimov Bakıda “Halal Business Forum” forumunda çıxışı zamanı
deyib.

Onun sözlərinə görə, islam maliyyə sektoru dayanıqlı artım
nümayiş etdirir və qlobal iqtisadiyyatın vacib elementi kimi
formalaşır. Ədalət, şəffaflıq və riskin bölüşdürülməsi
prinsiplərinə əsaslanan islam maliyyəsi yalnız etik deyil, həm də
dayanıqlı maliyyə modelini təmin edir.

“Bu gün islam maliyyə sənayesinin həcmi 4 trilyon ABŞ
dollarından çoxdur və ildə təxminən 10% artım nümayiş etdirir”,-
deyə A.Kərimov bildirib.




O vurğulayıb ki, Azərbaycanda İslam maliyyəsi hökumətin fiskal
və maliyyə islahatları kursunu harmonik şəkildə tamamlayır.

“Azərbaycanda şəffaflıq, səmərəlilik, büdcə intizamı və
rəqəmsallaşmaya əsaslanan sistem qurulub. Bu gün ölkəmiz büdcə
şəffaflığı üzrə dünya reytinqində 23-cü yerdədir”, – deyə nazir
əlavə edib.

Onun sözlərinə görə, Azərbaycanda beynəlxalq maliyyə hesabatı və
mühasibat standartlarının tətbiqi, o cümlədən IFRS 17-ə keçid,
həmçinin sığorta sektoru üçün yeni mühasibat siyasətinin
hazırlanması üzərində işlər aparılır.