Əli ətçəkən maşında qalan azyaşlının həyatı xilas edilib

Baş səhifə

Bakı. Trend:

Əli ətçəkən maşında qalan 2 yaşlı körpə Göyçay Rayon Mərkəzi
Xəstəxanasına hospitalizasiya olunub. Tibb müəssisəsində körpənin
əli ətçəkən maşından çıxarılıb və ona zəruri tibbi yardım
göstərilib.

Trend
xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, 27.08.2023-cü il təvəllüdlü körpəyə sağ əlin
çoxsaylı əzilmiş, cırılmış yaraları diaqnozu təyin olunub və
həkim-cərrahların peşəkarlığı, eyni zamanda çevik müdaxiləsi
nəticəsində hər hansı ciddi xəsarət almadan xilas olunub.




“Müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilən azyaşlının
vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə
buraxılıb.

Tövsiyə edirik ki, bu kimi halların təkrarlanmaması üçün
valideynlər daha diqqətli olsunlar. Təhlükə riski daşıyan bu cür
avadanlıqlar, mexaniki və elektrikli cihazlar uşaqların nəzarətsiz
şəkildə yaxınlaşa bilməyəcəyi yerlərdə saxlanılmalıdır.

Hər bir valideyn bilməlidir ki, ən sadə məişət əşyası belə
azyaşlı üçün təhlükə mənbəyinə çevrilə bilər”,- deyə məlumatda qeyd
edilib.