
Qəbələ. Trend:
Azərbaycanın sədrliyi dövründə Türk Dövlətləri Təşkilatı (TDT)
öz inkişafını davam etdirəcək.
Trend xəbər verir
ki, bu sözləri Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının
Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə Qırğız
Respublikasının Prezidenti Sadır Japarov deyib.
“Əminəm ki, Azərbaycan sədrliyi dövründə Təşkilat irəliləyiş
yolunda inamla addımlayacaq, beynəlxalq arenada nüfuzunu
möhkəmləndirəcək və bütün türk xalqlarının rifahı naminə yeni,
mühüm təşəbbüsləri həyata keçirəcək”,- deyə Sadır Japarov
vurğulayıb.
Dövlət başçısı həmçinin Qırğızıstanın sədrliyi dövründə ölkəyə
göstərilən dəstəyə və etimada görə bütün üzv dövlətlərə
minnətdarlığını ifadə edib.

