Rusiya Aİ daxilində diplomatlarının hərəkətinin məhdudlaşdırılmasına cavab verəcək

Baş səhifə
Rusiya Aİ daxilində diplomatlarının hərəkətinin məhdudlaşdırılmasına cavab verəcək

Rusiya Brüsselin bu ölkənin diplomatlarının Avropa İttifaqı (Aİ) daxilində hərəkətini məhdudlaşdırmaq qərarına cavab verəcək.

“Report”un Rusiya KİV-lərinə istinadən məlumatına görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Daha əvvəl Aİ-nin artan casusluq şübhələri ilə əlaqədar olaraq rusiyalı diplomatların hərəkətini məhdudlaşdırmaq niyyətində olduğu bildirilmişdi.