Qazaxıstan gələn il Türk Ticarət və Sənaye Palatasına sədrlik edəcək və bu sahədə yeni əməkdaşlıq formatı təklif edəcək.
“Report” xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə çıxışı zamanı bildirib.
“Sənaye sahəsində əməkdaşlıq iqtisadiyyatımızın inkişafında böyük rol oynayır. Qazaxıstan gələn il Türk Ticarət və Sənaye Palatasına sədrlik edəcək və bu sahədə yeni əməkdaşlıq təklif edəcək. Bu gün Qazaxıstandan beş beynəlxalq dəmiryolu koridoru keçir. Biz Şimal və Cənub, Şərq və Qərbin kəsişmə nöqtəsində yerləşirik. Bu gün Asiys və Avropa arasında daşınan yüklərin 85 faizi Qazaxıstan torpaqlarından keçir. Yaxın dövrdə yeni dəmiryolu açdıq. Bu yeni xətt yük tutumunu beş dəfə artırmağa xidmət edəcək”, – o əlavə edib.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

