
Slovakiya Avropa İttifaqının Rusiyaya qarşı 19-cu sanksiya paketinin təsdiq olunmasının oktyabrın ikinci yarısında keçiriləcək liderlər sammitində baş tutmasını istəyir.
APA xəbər verir ki, bu barədə “RBC-Ukraina” məlumat yayıb.
Məlumata görə, bütün sanksiya paketi oktyabrın 23-də keçiriləcək sammitə qədər qəbul olunmaya bilər, çünki Slovakiya məsələnin ən yüksək səviyyədə müzakirə olunmasını istəyir.

