Köçəryan Paşinyanı ittiham etdi: 5 min itki, 11 min yaralı…

Baş səhifə

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu gün keçirdiyi mətbuat konfransında hazırkı baş nazir Nikol Paşinyanı ittiham edən açıqlamalar verib.

Modern.az-ın məlumatına görə, Köçəryan deyib ki, Paşinyanın sülhdən danışmağa haqqı yoxdur.

“Müharibə gətirən adamın sülhdən danışması paradoksaldır”, – Robert Köçəryan deyib.

“2018-ci ildə sülhdən danışmırdı, çünki sülh var idi, amma sülh gündəmi yox idi. Sülh olmayanda sülh gündəmi ortaya çıxır. Müharibəni gətirdi və hərəkətləri ilə 5 min itki, 11 min yaralı ilə bir sülh gündəmi yaratdı. Absurd odur ki, o, bu gündəmi təkbaşına yazmağa çalışır”, – Köçəryan qeyd edib.