Həyatın yaşam sığortası daha fərqli bir formada təqdim ediləcək – AMB

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda mövcud həyatın yaşam sığortası daha fərqli bir
formada təqdim ediləcək.

Trend xəbər
verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru
Vüsal Qurbanov maliyyə sabitliyinə dair keçirilən mətbuat
konfransında bildirib.




Şahin Mahmudzadə isə bildirib ki, ötən il dövlət müəssisələrində
işləyənlər bundan faydalana bilməyəcəkləri qeyd edilib: “Onu əvəz
etmək üçün kifayət qədər potensial var. Potensialı nəyin əsasında
qeyd eləmişdik, çünki əmək bazarında yarısı dövlət sektorudursa,
yarısı da özəl sektordur. Burda danışılan müştəri sayı elə də böyük
rəqəmlər deyil”.

Ş. Mahmudzadə vurğulayıb ki, dövlətdəki azalmanı kompensasiya
edəcək qədər özəl sektorda əmək qüvvəsi var: “Əgər sığorta
şirkətləri onları cəlb edə bilsə, onda bu azalma olmamalıdır.
Bazarın dövlət sektorunu kompensasiya edəcək potensialı var”.