Alman şirkətləri Azərbaycanla əməkdaşlığa böyük maraq göstərir – AHK Azerbaijan

Baş səhifə

Bakı. Trend:

Alman şirkətləri Azərbaycan və regional tərəfdaşlarla
əməkdaşlığa böyük maraq göstərir.

Trend xəbər verir
ki, bunu Almaniya- Azərbaycan Ticarət Palatasının (AHK Azerbaijan)
icraçı direktoru Nərgiz Vik “Maliyyə kəsişməsində innovasiyalar və
texnologiyalar” mövzusunda İxracın Maliyyələşməsi üzrə Yüksək
Səviyyəli Almaniya-Azərbaycan Konfransı çərçivəsində keçirilən
mətbuat konfransında söyləyib.




“Alman və Azərbaycan biznesi arasında əlaqələrin
möhkəmləndirilməsi istiqamətində işlər davam etdirilir və bu işlər
ticarət, investisiya və əməkdaşlıq üçün etibarlı və dinamik mühitin
yaradılmasına yönəlib,” – deyə o bildirib.

Vik vurğulayıb ki, bugünkü konfransın məqsədi əsas iştirakçıları
bir araya gətirmək, əlaqələr qurmaq, ideyaları müzakirə etmək və
maliyyə institutları üçün təkliflər hazırlamaqdır.