İranda SEPAH qərargahına silahlı hücum olub, ölənlər və yaralananlar var

Baş səhifə

İranın qərbində Kürdüstan vilayətinin Servabad şəhərində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qərargahına silahlı hücum olub.

APA xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

Qeyd edilib ki, hücum nəticəsində SEPAH-ın iki üzvü öldürülüb, üçü isə yaralanıb.