Azərbaycanın çövkən yığması III MDB Oyunlarının qalibi adını qazanıb

Baş səhifə
Azərbaycanın çövkən yığması III MDB Oyunlarının qalibi adını qazanıb

Azərbaycanın çövkən yığması III MDB Oyunlarının qalibi adını qazanıb.

“Report”un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə milli finalda Özbəkistanla üz-üzə gəlib.

Görüş Azərbaycan komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Şahmar Nağızadə, Vahid Məmmədov, Tərlan Qurbanəliyev rəqib qapısından keçiriblər.

Qeyd edək ki, Özbəkistan millisi ikinci, Qırğızıstan komandası isə üçüncü yeri tutub.