Bakıda “Halal business” forumu keçirilir

Baş səhifə

Bakı. Trend:

Bakıda “Halal Business” forumu keçirilir.

Trend xəbər verir
ki, tədbirdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri
Qoşqar Təhməzli, Azərbaycan iqtisadiyyat nazirinin birinci müavini
Elnur Əliyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA)
İdarə Heyətinin sədri Orxan Məmmədov, eləcə də digər rəsmi şəxslər
və şirkət nümayəndələri çıxış edəcəklər.




Forumda “İslam maliyyəsi üçün rəqabət mühitinin yaradılması:
inkişaf etməkdə olan bazarlar üçün imkanlar”, “Müxtəlif regionların
təcrübəsi və əldə edilən nəticələr”, “Halal biznesin idarə
olunması”, “Uğurun harmoniyası və ya harmoniyanın uğuru” kimi
mövzular müzakirə olunacaq.

Xəbər yenilənəcək