Texasda kimyəvi maddələr istehsal edən zavodda yanğın olub

Baş səhifə
Texasda kimyəvi maddələr istehsal edən zavodda yanğın olub

ABŞ-nin Texas ştatının Friport şəhərində yerləşən “Dow” şirkətinin kimyəvi maddələr istehsalı üzrə zavodunda yanğın baş verib.

“Report” xəbər verir ki, bu barədə şirkətin “Facebook” sosial şəbəkəsində paylaşdığı məlumatda bildirilib.

“FOX26” telekanalının Friport hakimiyyətinə istinadən yazdığına görə, hazırda yanğının yerli əhaliyə heç bir təsiri yoxdur, sığınacaqlara getmək tələb olunmur.

Xəsarət alanlar barədə isə məlumat daxil olmayıb.