Gürcüstanda dövlət çevrilişinə cəhdə görə 13 nəfər saxlanılıb

Baş səhifə
Gürcüstanda dövlət çevrilişinə cəhdə görə 13 nəfər saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyi oktyabrın 4-də yerli seçkilər günü iğtişaşlar zamanı hökuməti devirməyə cəhd edən 13 nəfərin saxlanılıb bildirib.

“Report”un xəbərinə görə, bunu idarənin rəis müavini Aleksandr Daraxvelidze deyib.

“Oktyabrın 4-də baş vermiş iğtişaşlarda iştirak edən 15 nəfər müəyyən edilib, onlardan 13-ü saxlanılıb”, – o, brifinqdə deyib.

Nazir müavininin sözlərinə görə, hökumət çevrilişinə cəhd, qruplaşmada iştirak, konstitusiya quruluşunun dəyişdirilməsi maddələri ilə istintaq aparılır.