Azərbaycanın qızlardan ibarət basketbol millisi MDB Oyunlarında gümüş medal qazanıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında
basketbolun 3×3 növü üzrə qızların yarışına yekun vurulub.

Trend xəbər
verir ki, finalda Azərbaycan və Rusiya yığmaları qarşılaşıb. Görüş
rəqibin 19:13 hesablı qələbəsi ilə yekunlaşıb.




Bununla da Azərbaycan millisi gümüş medalla kifayətlənib.
Oğlanlardan ibarət yığma isə yarışı 4-cü sırada başa vurub.

Qeyd edək ki, MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.