Azərbaycan bədii gimnastları III MDB Oyunlarında finala vəsiqə qazanıblar

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında
bədii gimnastika üzrə yarışlara start verilib.

Trend xəbər
verir ki, Azərbaycan təmsilçiləri təsnifat mərhələsində yüksək
nəticə göstərərək finala vəsiqə qazanıblar.




Azadə Atakişiyeva top və halqa, Şəms Ağahüseynova top, Nur
Sadıqova halqa, qrup hərəkətləri komandası isə 5 halqa ilə
hərəkətlərin icrasında həlledici mərhələdə iştirak hüququ əldə
edib.

Qeyd edək ki, bədii gimnastika üzrə yarışlara oktyabrın 8-də
yekun vurulacaq.