Dövlət qurumlarına verilən yeni domenlərin sayı kəskin artıb

Baş səhifə

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlət qurumlarının istifadəsinə 60 yeni domen verilib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.

Aparılan hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9 % çoxdur.

Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 205 yeni subdomen də verilib ki, bu da 1 il əvvələ nisbətən 23 % azdır.

Təkcə sentyabrda 27 yeni domen və 28 subdomen istifadəyə verilib ki, bu da ötən ilin eyni dövrünün göstəricilərindən müvafiq olaraq 13,5 dəfə çox və 6,7 % azdır.

2024-cü ildə dövlət qurumları 64 yeni domen və 367 yeni subdomen alıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.